YapiKredi Müraciət Forması
Mazda CX-5
Region Özəl

"Yaprak Dökümü"nün Şevketi illər sonra ortaya çıxdı – Görünüşü diqqət çəkdi

Yaprak Dökümünün Şevketi illər sonra ortaya çıxdı – Görünüşü diqqət çəkdi

Türkiyənin məşhur "Yaprak Dökümü" serialında Şevket obrazını canlandıran aktyor Caner Kurtaran illər sonra yeni görünüşü ilə gündəmə gəlib.

2006-cı ildə Kanal D telekanalında yayımlanmağa başlayan və qısa zamanda böyük tamaşaçı kütləsinin sevgisini qazanan "Yaprak Dökümü" serialı bu gün də unudulmayan ekran işləri sırasındadır. Serialda Əli Rza bəyin oğlu Şevket obrazına həyat verən Caner Kurtaranın yeni fotosu sosial şəbəkələrdə maraq doğurub.

Qeyd edək ki, serialda Şevket obrazını ilk olaraq Caner Kurtaran canlandırıb. Daha sonra isə rol aktyor Hasan Küçükçetinə həvalə olunub. Buna baxmayaraq, bir çox tamaşaçı üçün Şevket obrazı məhz Kurtaranın ifası ilə yadda qalıb.

Aktyor "Yaprak Dökümü"ndən sonra da bir sıra televiziya layihələrində rol alıb. O, "Eşkıya Dünyaya Hükümdar Olmaz", "Aşk ve Ceza", "Huzur Sokağı", "Bir Deniz Hikayesi", "Tek Yürek" və "Hudutsuz Sevda" kimi seriallarda kamera qarşısına keçib.

Uzun müddətdir televiziya ekranlarında az görünən aktyorun son fotosu isə "Yaprak Dökümü" sevərlərini nostalji hisslərə qaytarıb.

"Yaprak Dökümü"nün Şevketi illər sonra ortaya çıxdı – Görünüşü diqqət çəkdi
"Yaprak Dökümü"nün Şevketi illər sonra ortaya çıxdı – Görünüşü diqqət çəkdi
"Yaprak Dökümü"nün Şevketi illər sonra ortaya çıxdı – Görünüşü diqqət çəkdi
"Yaprak Dökümü"nün Şevketi illər sonra ortaya çıxdı – Görünüşü diqqət çəkdi
"Yaprak Dökümü"nün Şevketi illər sonra ortaya çıxdı – Görünüşü diqqət çəkdi
"Yaprak Dökümü"nün Şevketi illər sonra ortaya çıxdı – Görünüşü diqqət çəkdi
1 / 5

NE
Nihadə Eyyubova