YapiKredi Müraciət Forması
Mazda CX-5
İdman

2026-cı ilin ən çox qazanan futbolçularının adları açıqlanıb

2026-cı ilin ən çox qazanan futbolçularının adları açıqlanıb

"The Touchline" 2026-cı ildə dünyanın ən yüksək gəlir əldə edən futbolçularının siyahısını dərc edib.

Demokrat.az xəbər verir ki, reytinqə Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən portuqaliyalı Kriştianu Ronaldo başçılıq edir. Onun illik gəliri 300 milyon dollar olaraq göstərilib.

İkinci sırada ABŞ-ın "İnter Mayami" klubunun argentinalı ulduzu Lionel Messi qərarlaşıb. Təcrübəli futbolçunun illik qazancı 145 milyon dollardır.

İlk üçlüyü isə İspaniya təmsilçisi "Real Madrid"in fransalı hücumçusu Kilian Mbappe tamamlayır. Onun illik gəliri 100 milyon dollar təşkil edir.

Dünyanın ən çox qazanan 10 futbolçusu:

Kriştianu Ronaldo – "Əl-Nəsr" (300 milyon dollar)
Lionel Messi – "İnter Mayami" (145 milyon dollar)
Kilian Mbappe – "Real Madrid" (100 milyon dollar)
Erlinq Holand – "Mançester Siti"
Vinisius Junior – "Real Madrid"
Lamin Yamal – "Barselona"
Sadio Mane – "Əl-Nəsr"
Cud Bellingem – "Real Madrid"
Harri Keyn – "Bavariya"
Məhəmməd Salah – "Trabzonspor"

NE
Nihadə Eyyubova