YapiKredi Müraciət Forması
Sağlamlıq Özəl

Gündə iki kivi yemək həzmə necə təsir edir?

Gündə iki kivi yemək həzmə necə təsir edir?

Gündə iki ədəd yaşıl kivi yemək qəbizlikdən əziyyət çəkən insanlarda bağırsaqların fəaliyyətini yaxşılaşdıra bilər.

Demokrat.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiyanın Tohoku Universitetinin tədqiqatçısı Yohey Okavanın apardığı araşdırmada kivinin həzm sisteminə təsiri ilə bağlı elmi nəşrlər təhlil edilib.

Nəticələrə görə, dörd həftə ərzində hər gün iki yaşıl kivi yemək bağırsaq boşalmasının tezliyini artıra və həzm narahatlığını azalda bilər.

Alimlər bunu kivinin tərkibindəki təbii liflər, su, sorbitol və aktinidin fermenti ilə əlaqələndirirlər.

Bununla belə, mütəxəssislər kivinin qəbizliyin müalicəsini və həkim təyinatını əvəz etmədiyini vurğulayırlar. Meyvəyə allergiyası olanlar və xüsusi pəhriz saxlayanlar həkimlə məsləhətləşməlidirlər.