YapiKredi Müraciət Forması
Kriminal Özəl

Hirsləndim, polis çağırdım — Məhkəmədə ərini bağışladı

Hirsləndim, polis çağırdım — Məhkəmədə ərini bağışladı

Bakının Yasamal rayonunda 31 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Saatlı rayon sakini, 1995-ci il təvəllüdlü Sənan birgə yaşadığı mənzildə həyat yoldaşı Sara (adlar şərtidir – red.) ilə mübahisə edib.

İstintaq sənədlərinə görə, hadisə səhər saat 07 radələrində baş verib. Sənan yataq otağında arvadı Sara ilə ailə-məişət zəminində mübahisə zamanı onun baş nahiyəsinə sağ əli ilə üç dəfə yumruq zərbəsi endirib və xəsarət yetirib.

Sənan barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə izahat verən Sənan ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində arvadı ilə aralarında ailə-məişət zəminində mübahisə yarandığını və mübahisə zamanı ona yumruqla zərbə vurduğunu bildirib. Təqsirləndirilən şəxs əməlinə görə peşman olduğunu və arvadı ilə barışdığını deyib.

Zərərçəkmiş Sara isə bildirib ki, əri Sənanla ailə-məişət zəminində bir neçə dəfə münaqişələri olub. Onun sözlərinə görə, sonuncu dəfə əri ona yumruqla zərbə vurub və o, hirslənərək polisə müraciət edib.

Sara əri ilə barışdığını, Sənana qarşı şikayət və tələbinin olmadığını bildirib.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Sənan cinayət məsuliyyətindən azad edilib və cinayət təqibinə xitam verilib.

Fariz Məlikli

Editor
Redaktor