Bir çox insan gündəlik qidalanarkən bəzi məhsulları birlikdə qəbul etməyin təsirlərinə diqqət yetirmir. Lakin müəyyən qida kombinasiyaları yüksək kalori və şəkər miqdarı ilə seçilərək qarın nahiyəsində piylənmə riskinə təsir göstərə bilər.
Demokrat.az xəbər verir ki, mütəxəsis Yelena qarın nahiyəsinin böyüməsinə səbəb ola bilən qida birləşmələrini açıqlayıb.
"Dzen" platformasındakı "Healthy" bloqunda yayılan məlumata görə, ilk növbədə qoz-fındıq və quru meyvələrin birlikdə qəbul edilməsinə diqqət yetirilməlidir. Hər iki məhsul faydalı hesab olunsa da, yüksək kalorilidir. Belə ki, 100 qram qoz-fındıqda təxminən 550-650 kalori var. Quru meyvələrdə isə suyun azalması şəkərin daha yüksək konsentrasiyada olmasına səbəb olur.
Digər diqqət çəkilən kombinasiya kolbasalı sendviç və şirin çaydır. Bu qida birləşməsi duz, şəkər və sürətli karbohidratları özündə birləşdirir.
Mütəxəssisin vurğuladığı, növbəti kombinasiya duzlu və qızardılmış qidaların birlikdə qəbul edilməsidir. Duz yeməyin dadını artıraraq insanın daha çox qida qəbul etməsinə səbəb ola bilər. Bundan əlavə, duzun artıq miqdarda qəbulu susuzluğu artırır və orqanizmdə mayenin saxlanmasına şərait yaradır.
Həmçinin süd və un məmulatlarının birlikdə qəbulu da qeyd olunan birləşmələr sırasındadır. Buna misal olaraq bir stəkan südlə piroqun yeyilməsi göstərilib.
Daha əvvəl fitnes məşqçisi İvanna İduş qarının önə çıxmasına qarşı "velosiped" hərəkətini tövsiyə edib. Onun sözlərinə görə, bu hərəkət qarın əzələlərinin həm dərin, həm də səthi qatlarını işlətməyə kömək edir.


