Ermənistan mənşəli bir sıra mallar Böyük Britaniyaya sıfır gömrük rüsumu ilə ixrac olunacaq.
Böyük Britaniya Ermənistan mənşəli mallarla bağlı müstəqil ticarət tədbirləri tətbiq edib.
Demokrat.az-ın xəbərinə görə, Ermənistanın Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyinin mətbuat katibi Ani Badalyan bu barədə sosial media səhifəsində məlumat verib.
O, bildirib ki, bu qərar Ermənistan ilə Böyük Britaniya arasındakı strateji tərəfdaşlığa uyğundur və Ermənistan məhsullarının ixrac imkanlarının genişləndirilməsinə, eləcə də ikitərəfli iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir.
Qeyd edək ki, bundan sonra Ermənistan mənşəli təzə meyvələr, quru meyvələr, kişmiş, göyərtilər, ədviyyatlar və içkilər - xüsusilə pivə, konyak və brendi - Böyük Britaniyaya sıfır gömrük rüsumu dərəcəsi ilə ixrac ediləcək.


