Türkiyəli müğənni Sinan Özen avtomobil qəzasına düşüb.
Demokrat.az xəbər verir ki, hadisə noyabrın 3-də ifaçı Tokatda konsert verdikdən sonra İstanbula qayıdarkən Sakarya ödəniş məntəqəsində baş verib.
Hadisə zamanı sənətçinin meneceri olan qardaşı Hızır Özen də avtomobildə olub. Onların maşını digər bir nəqliyyat vasitəsi ilə toqquşub. Qəza barədə məlumatı sosial şəbəkədə paylaşan Hızır avtomobillərin fotosunu yayımlayaraq "Tokatdan qayıdarkən Sakarya ödəniş məntəqəsində qəzaya düşdük. Çox şükür, yaxşıyıq" sözlərini yazıb.
Sinan Özen və qardaşının qəza nəticəsində xəsarət almadığı bildirilib. (axşam.az)



