Ermənistan parlamentində azərbaycanlı hərbçi Nəsimi Musayevin taleyi ilə bağlı müzakirələr zamanı maraqlı anlar yaşanıb.
Demokrat.az SAVASHMEDİA.az-a istinadən xəbər verir ki, hökumətin sual-cavab sessiyasında müxalif deputat Garnik Davtyan Baş nazir Nikol Paşinyana Azərbaycan hərbçisinin ölkəsinə qaytarılıb-qaytarılmayacağı ilə bağlı sual ünvanlayıb.
Deputat hökumətin bu məsələdə mövqeyinin aydın olmadığını bildirərək Paşinyana "İşarə verin, anlayaq", – deyə müraciət edib.
Paşinyan isə cavabında əl-qol hərəkətləri ilə müxtəlif jestlər edib. Baş nazirin bu hərəkətləri parlament zalında gülüşə səbəb olub.
Həmin görüntüləri təqdim edirik.


