Türkiyəli məşhur aktyor Kıvanç Tatlıtuğ avqust ayında bağladığı Instagram və X hesabları ilə bağlı açıqlama verib.
Demokrat.az xəbər verir ki, aktyor "Organize İşler: Karun Hazinesi" filminin qala gecəsində jurnalistlərin suallarını cavablandırıb. Təxminən 5 milyon izləyicisinin olduğu sosial media hesablarını bağlamasının arxasında xüsusi səbəb olmadığını deyən Tatlıtuğ qərarını şəxsi istəyi ilə verdiyini bildirib.
"Canım sıxıldı, canım belə istədi, bağladım. Bunun altında dramatik bir hekayə axtarmağa ehtiyac yoxdur. Açıq və konkret danışım. Onun əvəzinə gedib iki düzənə kitab aldım, çoxlu kitab oxudum", deyə aktyor bildirib.
Tatlıtuğ Göktürkdəki evində baş verən və Türkmənistan vətəndaşı Bahadur Yangibayevin yaralanması ilə nəticələnən hadisə barədə də danışıb. O, məsələnin həssas olduğunu vurğulayaraq Yangibayevin onun işçisi olmadığını, lakin hüquqi və mənəvi baxımdan onun yanında olduqlarını bildirib. Aktyor yaralanan şəxsin səhhətinin yaxşı olduğunu da qeyd edib.
Məşhur aktyor ötən ay hava limanında oğlunun görüntüsünü çəkməyə çalışan jurnalistə sərt reaksiya verməsi ilə bağlı da açıqlama verib. Tatlıtuğ jurnalistdən üzr istəyərək həmin şəxsi adi vətəndaş zənn etdiyini, oğlunun çəkilməsinə qarşı həssaslığının isə hər kəsə məlum olduğunu bildirib.
Jalə


