Dünya

Yəməndə Türkiyə PUA-sı vuruldu

Yəməndə Türkiyə PUA-sı vuruldu

Yəməndə husilər (Ənsarallah Hərəkatı) Səudiyyə Ərəbistanına məxsus Türkiyə istehsalı "Bayraktar Akıncı" kəşfiyyat-zərbə PUA-sını vurduqlarını iddia ediblər.

Demokrat.az xəbər verir ki, bu barədə Ənsarallah hərəkatının sözçüsü Yəhya Səriya məlumat verib.

Onun sözlərinə görə, pilotsuz uçuş aparatı Yəmənin Taiz vilayətinin hava məkanında missiya yerinə yetirərkən husilərin silahlı qüvvələri tərəfindən vurulub.

"Husi silahlı qüvvələri Taiz vilayətinin hava məkanında missiya yerinə yetirən Səudiyyə Ərəbistanına məxsus "Bayraktar Akıncı" kəşfiyyat-zərbə pilotsuz uçuş aparatını vurub", deyə Yəhya Səriya bildirib.

Hadisənin hansı vasitə ilə və nə zaman baş verdiyi, həmçinin PUA-nın taleyi barədə əlavə məlumat verilməyib.

Jalə