Hadisə

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

Məşhur hind aktyoru və rejissoru Nana Patekar 75 yaşında vəfat edib.

Demokrat.az xəbər verir ki, aktyor oktyabrın 8-də Hindistanın Qoa ştatındakı evində dünyasını dəyişib.

Məlumata görə, Nana Patekar səhər saatlarında huşsuz vəziyyətdə aşkarlanıb. Həkimlər onun həyatını xilas etməyə çalışsalar da, aktyor vəfat edib. İlkin məlumata əsasən, ölümün səbəbi ürək dayanması olub.

Nana Patekar 1978-ci ildə kino sahəsində fəaliyyətə başlayıb. O, "Parinda", "Krantiveer", "Salaam Bombay!" və "Welcome" kimi məşhur filmlərdə yaratdığı obrazlarla geniş tanınıb.

Aktyor həmçinin rejissor kimi fəaliyyət göstərib. O, karyerası ərzində üç dəfə Hindistan Milli Film Mükafatına layiq görülüb. 2013-cü ildə isə Hindistanın nüfuzlu "Padma Şri" dövlət mükafatı ilə təltif olunub.

FH
Fidan Hacızadə
Müxbir