Şou-biznes

Ahu Tuğbanın əsl adı məlum oldu - Yeşilçam ulduzu illərlə başqa adla tanınıb

Ahu Tuğbanın əsl adı məlum oldu - Yeşilçam ulduzu illərlə başqa adla tanınıb

Ahu Tuğbanın əsl adı məlum oldu - Yeşilçam ulduzu illərlə başqa adla tanınıb

Yeşilçamın unudulmaz simalarından olan Ahu Tuğbanın əsl adının illər sonra fərqli olduğu üzə çıxıb.

Demokrat.az-ın "Sabah"a istinadən yaydığı məlumata görə, aktrisanın şəxsiyyət vəsiqəsindəki adı Canan Tuğba Çetin olub. O, İstanbulun Yeşilköy rayonunda imkanlı ailənin tək övladı kimi böyüyüb.

Ahu Tuğba kino fəaliyyətinə 1974-cü ildə kiçik rollardan biri ilə başlayıb. 1970-ci illərin sonlarından tanınmağa başlayan aktrisa 1980-ci illərin əvvəllərində ölkə miqyasında böyük şöhrət qazanıb.

O, "Derviş Bey", "Dokunmayın Şabanıma", "Banker Bilo", "Beyaz Ölüm", "Kayıp Kızlar", "Taçsız Kraliçe" və "Yosma" kimi filmlərdə rol alıb. Ahu Tuğba Kemal Sunal, Tarık Akan, Cüneyt Arkın və Kadir İnanır kimi Yeşilçamın məşhur aktyorları ilə eyni filmlərdə çəkilib.

Aktrisa Maçka İbtidai Məktəbi və Atatürk Qız Orta Məktəbində təhsil alıb, daha sonra Robert Amerika Liseyini bitirib. O, Kanadadakı Konkordiya Universitetində ingilis dili və ədəbiyyatı üzrə təhsil almağa başlasa da, kinoya olan marağı səbəbindən universiteti yarımçıq qoyaraq Türkiyəyə qayıdıb.

Ahu Tuğba 1987-ci ildə musiqi albomu da təqdim edib. O, 1 sentyabr 2024-cü ildə ABŞ-ın Mayami şəhərindəki evində 69 yaşında vəfat edib. Aktrisanın ölümündən əvvəl uzun müddət ağır astma xəstəliyi ilə mübarizə apardığı bildirilmişdi.

Onun cənazəsi Türkiyəyə gətirilib, Teşvikiye məscidində namaz qılındıqdan sonra Zincirlikuyu qəbiristanlığında dəfn edilib.

Jalə