Zədəli olan "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevin son durumu açıqlanıb.
Demokrat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
"Elvin Cəfərquliyevin müalicə və reabilitasiya prosesi mərhələli şəkildə klubun tibbi heyətinin nəzarəti altında davam edir. Futbolçunun hazırlıq prosesinə və komandanın məşqlərinə nə zaman qoşulacağı ilə bağlı dəqiq məlumat olduqda ictimaiyyətə əlavə məlumat veriləcək".
Müayinələr zamanı futbolçunun sol budunun arxa əzələ qrupuna daxil olan yarımvətərli əzələnin distal vətərində zədələnmə aşkarlanıb.


