Sosial

Hasil Abbasov yeni şöbə müdiri təyin etdi

Hasil Abbasov yeni şöbə müdiri təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub.

Demokrat.az "Unikal"-a istinadən xəbər verir ki, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Əliyeva Aynur Ədalət qızı Mərkəzi Mühasibatlıq və Təyinat filialının Mühasibat uçotu, təhlil və hesabatlıq şöbəsinin müdiri təyin edilib.