Şou-biznes

"Tək qadınla kifayətlənən adam deyildim"

Tək qadınla kifayətlənən adam deyildim

Hollivudun məşhur aktyoru Maykl Duqlas illər əvvəl yaşadığı münasibətlərdən və şəxsi həyatından yeni kitabında geniş danışıb.

Demokrat.az xəbər verir ki, 82 yaşlı aktyor uzun illər ərzində yaşadığı çoxsaylı eşq macəralarını "One Helluva Ride" adlı kitabında qələmə alıb.

Katerin Zeta-Yones ilə evliliyinin 26-cı ilinə qədəm qoyan Duqlas gənclik illərində bir qadınla kifayətlənmədiyini etiraf edib. Aktyor bu xüsusiyyətinin atası, məşhur aktyor Kirk Duqlas ilə bağlı olduğunu da qeyd edib.

Maykl Duqlas kitabında hələ gənclik illərində qadınların diqqətini çəkdiyini və Kaliforniya Universitetində təhsilinə fasilə verdiyi dövrdə anasının dostu ilə bir neçə il davam edən münasibət yaşadığını yazıb. O, bu münasibətin mürəkkəb olduğunu və özünü rahat hiss etmədiyini də etiraf edib.

Aktyor daha sonra universitet sevgilisi Kati ilə münasibətindən, onun ev yoldaşı ilə yaşadığı əlaqədən və müxtəlif qadınlarla paralel münasibətlərindən bəhs edib. Douglas həmin dövrdə yaşadığı eşq macəralarının bir qismini xəyanət və ayrılıqlarla müşayiət olunan mürəkkəb münasibətlər kimi təsvir edib.

Onun münasibətləri arasında həmçinin aktyor Li Pursell, Brenda Vakkaro və digər məşhur adlarla yaşadığı eşq macəraları da yer alıb. Duqlas Brenda Vakkaro ilə münasibətini xüsusilə ehtiraslı adlandırıb və onların hətta dostlarının qarşısında simvolik mərasimlə evləndiklərini bildirib.

Aktyor ilk həyat yoldaşı Diandra Lukerlə evləndikdən sonra da müxtəlif qadınlarla münasibətlərini davam etdirib. Onun sözlərinə görə, alkoqol asılılığı və şəxsi həyatındakı problemlər nəticədə 1995-ci ildə bu evliliyin sona çatmasına gətirib çıxarıb.

Maykl Duqlas daha sonra Katerin Zeta-Yones ilə tanış olub və 2000-ci ildə onunla ailə qurub. Cütlüyün Dilan və Karis adlı iki övladı var. Uzun illərdir ayrılıq barədə müxtəlif xəbərlər yayılsa da, onların evliliyi hələ də davam edir.

Jalə