Daxili siyasət

Dövlət pul tələbləri ilə bağlı icra sənədlərinin icrasını bazara ötürəcək - Nazir

Dövlət pul tələbləri ilə bağlı icra sənədlərinin icrasını bazara ötürəcək - Nazir

2025-ci ildə "Xüsusi icra məmurları" haqqında qanun qəbul edilib, bu institutun 2026-cı ildə tətbiqi nəzərdə tutulub.

Bunu "Report" və İTV-yə müsahibəsində ədliyyə naziri Fərid Əhmədov deyib.

Nazir qeyd edib ki, bu qanunun əsas fəlsəfəsi ondan ibarətdir ki, dövlət icra sənədlərinin icrası ilə bağlı yükünün bir hissəsini bazara ötürərək bu münasibətlərdə artıq nəzarəti və tənzimlənməni həyata keçirən quruma çevrilir:

"İlkin mərhələdə xüsusi icra məmurlarının fəaliyyəti bir sıra kateqoriyaya aid olan icra sənədlərinə tətbiq olunacaq. Bu da, əsasən, pul tələbləri ilə bağlı olan işlərdir. Bunun iki səbəbi var. Təbii ki, xüsusi icra məmurlarının fəaliyyətinin səmərəli təşkili üçün təbii təşviq mexanizmləri olmalı idi və bu mexanizm təsisatın gəlirliliyi ilə bağlı idi. Ona görə də ilkin mərhələdə pul tələblərindən irəli gələn icra işlərinin onlara ötürülməsini daha məqsədəmüvafiq hesab edirik".

B
Qeyd edilməyib