YapiKredi Müraciət Forması
Mazda CX-5
Sosial

Bugünkü sıxlığın səbəbi bilindi

Bugünkü sıxlığın səbəbi bilindi

Payız tətilinin başa çatması ilə paytaxt yollarında yenidən sıxlıq müşahidə olunur.

Demokrat.az bildirir ki, ötən həftə məktəblilərin istirahətdə olması səbəbindən Bakı küçələrində avtomobillərin hərəkəti xeyli sərbəst idi. Sürücülər son yeddi gün ərzində şəhərdaxili yollarda demək olar ki, tıxacsız hərəkət edirdilər.

Bu gündən etibarən ümumtəhsil müəssisələrində dərslərin bərpa olunması mənzərəni dəyişib. Səhər saatlarından başlayaraq paytaxtın əsas prospekt və küçələrində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.

Xatırladaq ki, Azərbaycanda 2026–2027-ci tədris ili üzrə payız tətili 16–20 noyabr tarixlərini əhatə edib. Beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən məktəblərdə tədris prosesi məhz noyabrın 23-dən yenidən başlayıb.

Beləliklə, tətil günlərində rahat nəfəs alan paytaxt yolları şagirdlərin məktəbə qayıtması ilə əvvəlki gərgin iş rejiminə dönüb.

Editor
Redaktor