Azərbaycanlı hərbçi saxlanılarkən müqavimət göstərməyib.
Demokrat.az xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan oktyabrın 7-də parlamentdə hökumətlə sual-cavab sessiyası zamanı bildirib.
"Bu, özlüyündə onun təxribatçı olmadığını göstərir", - deyə o Azərbaycan hərbçisi Nəsimi Musayev barədə danışarkən qeyd edib.
Papikyan məlumat verib ki, səlahiyyətli orqanlar hadisədən xəbər tutan kimi, o cümlədən axtarış tədbirləri olmaqla, müvafiq addımlar atılıb.


