Sağlamlıq

Yerindən qəfil qalxmaq zərərli imiş — Həkim açıqladı

Yerindən qəfil qalxmaq zərərli imiş — Həkim açıqladı

Həkim səhər yataqdan qəfil qalxmağın təhlükəsi barədə xəbərdarlıq edib.

Fizioterapevt Rafaela Korreyа Koşta Maqalyaeş səhərlər yataqdan qəfil qalxmamağa çağırıb. Mütəxəssis bu barədə Terra nəşrinə açıqlamasında danışıb.

"Bir neçə saatlıq istirahətdən sonra bədən çox vaxt sərtləşir. İnsan qəfil ayağa qalxdıqda və dərhal əyildikdə və ya gövdəsini çevirdikdə bu, hərəkətliliyini hələ tam bərpa etməmiş strukturlara əlavə yük sala bilər. İdeal halda, bu keçid tədricən və nəzarətli şəkildə baş verməlidir", – deyə mütəxəssis bildirib.

Fizioterapevtin sözlərinə görə, bu qaydaya xüsusilə yaşlı insanlar, hamilə qadınlar, bel ağrısı, tarazlıq problemi və hərəkət məhdudiyyəti olan şəxslər diqqət etməlidirlər.

R
Redaktor