"Fənərbağça" qış transfer pəncərəsi üçün çalışmalarına başlayıb.
Demokrat.az xəbər verir ki, İstanbul təmsilçisinin əsas hədəfinin İspaniya nəhəngi "Real Madrid"in futbolçusu Brahim Diaz olduğu iddia edilir.
27 yaşlı mərakeşli futbolçu yay transfer dönəmində ona gələn təklifləri geri çevirərək "Real Madrid"də qalmağa qərar verib. Lakin mövsümün ilk bölümündə Diazın gözlədiyi qədər oyun şansı qazanmadığı bildirilir.
Futbolçu indiyədək dörd rəsmi matçda cəmi 178 dəqiqə meydanda olub. Bu səbəbdən "Real Madrid"in müqaviləsi mövsümün sonunda başa çatacaq hücumçunu yanvar ayında satmağa müsbət yanaşdığı qeyd olunur.
"Fənərbağça"nın Diaz üçün qış transfer pəncərəsini gözləmədən danışıqlara başlamağa hazırlaşdığı vurğulanıb. İstanbul klubunun transferdə əsas rəqibinin isə futbolçunun 2020-2023-cü illərdə icarə əsasında çıxış etdiyi "Milan" olduğu bildirilir.
İtaliya klubunun ilk hədəfinin "Real Madrid"in digər futbolçusu Endrik olduğu, bu transfer baş tutmasa, Diaz üçün təklif irəli sürəcəyi iddia edilir.
Brahim Diazın hazırda bazar dəyərinin 35 milyon avro olduğu göstərilir. O, "Real Madrid"də keçirdiyi 167 rəsmi oyunda 22 qol vurub və 31 məhsuldar ötürmə edib.
Jalə


