Görüş və tədbirlərdən sonra hiss olunan yorğunluğun "sosial batareyanın bitməsi" ilə bağlı olması fikri mifdir.
Psixoterapevt Daniel Freykin sözlərinə görə, bu hal bədəndəki hansısa ehtiyatın tükənməsi demək deyil.
Mütəxəssis bildirir ki, ünsiyyət zamanı azalan və tək qaldıqda dolan ölçülə bilən ehtiyat anlayışı reallığı əks etdirmir. Tükənmiş "sosial batareya" kimi görünən hal əslində sensor həddindən artıq yüklənmə, təşviş, emosional yorğunluq və ya sadəcə fiziki halsızlıq ola bilər.
Freykin fikrincə, yorğunluğu bu anlayışla əlaqələndirmək insanı ünsiyyətdən uzaqlaşdıra bilər. Mütəxəssis ünsiyyət zamanı yaranan yorğunluğun əsl səbəbini tapmağı və fərdi bərpa yollarını müəyyənləşdirməyi tövsiyə edir. Çünki birinə fayda verən bərpa üsulu digərində işə yaramaya bilər.
Yəni ünsiyyətdən yorulmağın səbəbi bitən batareya deyil, beynin həddən artıq yüklənməsidir.


