Şou-biznes

"Uzaq Şəhər"dən reytinq uğuru — Rəqibini geridə qoydu (FOTOLAR)

Uzaq Şəhərdən reytinq uğuru — Rəqibini geridə qoydu (FOTOLAR)

5 oktyabr, bazar ertəsi Türkiyədə televiziya kanallarında yayımlanan proqram və serialların reytinq nəticələri açıqlanıb.

Demokrat.az xəbər verir ki, axşam saatlarında "Uzaq Şəhər" və "Evlilik Gözəldir" seriallarının yeni bölümləri tamaşaçıların qarşısına çıxıb. ATV-də yayımlanan "Altı Üstü İstanbul" serialının yeni bölümü isə Türkiyə-İtaliya matçı səbəbilə efirə verilməyib.

Gecənin diqqətçəkən nəticəsi "Uzaq Şəhər" serialının göstəriciləri olub. Kanal D-də yayımlanan ekran işi TOTAL kateqoriyasında 9 reytinq toplayaraq günün ən çox izlənilən serialı olub.

Türkiyə-İtaliya qarşılaşması AB və ABC1 kateqoriyalarında birinci yerdə qərarlaşsa da, "Uzaq Şəhər" TOTAL qrupunda futbol matçını da geridə qoyub.

Serialın üçüncü mövsümündə olmasına baxmayaraq, hər üç kateqoriyada reytinq göstəricilərini 1 baldan çox artırdığı bildirilib. Xüsusilə TOTAL qrupunda 9 reytinqə çatması diqqət çəkib.

"Uzaq Şəhər"in yeni bölümünün xülasəsi belə TRT-də yayımlanan "Evlilik Gözəldir" serialının yeni bölümünü geridə qoyub.

Beləliklə, Türkiyə-İtaliya matçının yayımlandığı rəqabətli televiziya axşamında "Uzaq Şəhər" TOTAL kateqoriyasında liderliyini qoruyaraq günün ən çox izlənilən serialı olub.

Uzaq Şəhərdən reytinq uğuru — Rəqibini geridə qoydu (FOTOLAR)

Uzaq Şəhərdən reytinq uğuru — Rəqibini geridə qoydu (FOTOLAR)

Jalə