"Survivor" yarışması ilə tanınan Sahra Işık ilə İdris Aybirdinin boşanmasından sonra yeni münasibət xəbəri gündəmə gəlib.
Demokrat.az xəbər verir ki, 2019-cu ildə ailə quran cütlüyün evliliyində sonrakı illərdə problemlər yaranıb. Onlar bir müddət münasibətlərini qorumaq üçün evlilik terapiyasına müraciət etsələr də, daha sonra yollarını ayırmaq qərarına gəliblər.
Evlilik davam etdiyi dövrdə İdris Aybirdinin aktrisa Seray Kaya ilə münasibətdə olduğu iddia edilmişdi. Həmin vaxt Kaya bu iddiaları qəti şəkildə təkzib edərək Aybirdi ilə arasında heç bir münasibətin olmadığını bildirmişdi.
Sahra Işık isə boşanma barədə açıqlamasında qərarın qarşılıqlı razılaşma əsasında, sevgi və hörmət çərçivəsində verildiyini bildirib. O, 11 aylıq körpələrinin rahatlığı və xoşbəxtliyinin onlar üçün əsas prioritet olduğunu vurğulayıb.
Boşanmadan sonra isə İdris Aybirdinin Seray Kaya ilə birlikdə fotosunu sosial şəbəkədə paylaşması diqqət çəkib. Aybirdi paylaşımına "Sən çox eşqsən, həyatımın dönüş nöqtəsi" sözlərini yazıb.
Bu paylaşım daha əvvəl gündəmə gələn münasibət iddialarını yenidən aktuallaşdırıb.
Jalə


