Şou-biznes

Nadir Qafarzadə: "Xoşbəxtliyim 8 dəfə artıb" - VİDEO

Nadir Qafarzadə: Xoşbəxtliyim 8 dəfə artıb - VİDEO

"Zamanında pulum olmayıb. Onda da mən belə idim. Tanıyanlar deyirlər ki, "40 ildir sən dəyişmədin". Dedim niyə dəyişməliyəm? Pul məni niyə dəyişməlidir ki? Pulu mən qazanıram, O məni qazanmır. Bu gün mənim üçün varım, dövlətim ailəmdir. Əvvəl iki nəfər idik, olduq dörd nəfər, sonra olduq altı nəfər, indi səkkiz nəfərik. Xoşbəxtliyim səkkiz dəfə artıb".

Demokrat.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə ailəsindən danışarkən deyib.

"Sevilən səhər" verilişinə qonaq olan ifaçı həyat yoldaşı, oğulları, gəlinləri və nəvələri ilə xoşbəxt olduğunu vurğulayıb.

Qafarzadə onlarla tez-tez xarici ölkələrə səyahət etmək istədiyini, bu yaxınlarda isə Özbəkistana getməyi planlaşdırdığını bildirib:

"İndi burdan çıxıb Buzovnaya ailəmin yanına gedəcəm. Bir-iki işim var, onları görüm, istəyirəm onlarla bir harasa gedək. Daşkəndə getmək istəyirik. Mən Daşkənddə olmuşam. Son zamanlar Özbəkistan müsbət istiqamətdə dəyişib. İstəyirəm ailəmi ora aparım səyahət etsinlər. Nə qədər ki, imkanım var... Sabah ya da biri gün birdən imkanım olmaz".