İnfrastruktur

Xaçmaz Dəmiryol Vağzalının binasının təmiri başa çatdı - VİDEO

Xaçmaz Dəmiryol Vağzalının binasının təmiri başa çatdı - VİDEO

Azərbaycan Dəmir Yolları (ADY) Xaçmaz Dəmiryol Vağzalının binasında əsaslı təmir işlərini başa çatdırıb.

Demokrat.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, 124 il yaşı olan vağzal binasında kompleks yenidənqurma işləri aparılıb. Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli memarlıq abidəsi kimi qorunan binanın orijinal görünüşü saxlanılıb.

Təmir zamanı tarixi memarlıq xüsusiyyətlərinin qorunmasına xüsusi diqqət yetirilib.