Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə qırğız xalqının dastan qəhrəmanı Ayköl Manasın adı verilib.
Demokrat.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.
Elm və Təhsil Nazirliyi və Ağdam Şəhər İcra Hakimiyyəti bu Qərardan irəli gələn məsələləri həll etməlidirlər.


