YapiKredi Müraciət Forması
Mazda CX-5
Sosial

Vəzifə verilən Jalə Məmmədova kimdir? - DOSYE

Vəzifə verilən Jalə Məmmədova kimdir? - DOSYE

Xəbər veridiyimiz kimi, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci ilə Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində yeni təyinatlar olub.

Demokrat.az AZXEBER.COM-a istinadən xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Jalə Məmmədova Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinə direktor təyin olunub.

Jalə Məmmədovanın dosyesini təqdim edirik:

Jalə Məmmədova Azərbaycan Dövlət Pedaqoji Universitetində SABAH qrupları layihəsi çərçivəsində "Riyaziyyat və informatika müəllimliyi" ixtisası üzrə bakalavr təhsili alıb. Hazırda ADA Universitetində "Təhsil üzrə menecment" ixtisası üzrə magistratura təhsilini davam etdirir. 2022–2023-cü illərdə ADA Universitetinin "Bir müəllimin Manifesti" Peşəkar İnkişaf Proqramında iştirak edib.

Əmək fəaliyyətinə 2021-ci ildə Laçın rayon Vəliuşaqlı kənd tam orta ümumtəhsil məktəbində riyaziyyat müəllimi kimi başlayıb. 2023–2024-cü illərdə Bərdə STEAM Mərkəzində Bərdə rayonu üzrə koordinator vəzifəsində çalışıb.