Meyxanaçı Ağamirzə Məmmədov ölümündən sonra övladlarının və yaxınlarının necə davranmasını istədiyini açıqlayıb.
Demokrat.az Milli.Az-a istinadən xəbər verir ki, sənətçi bu barədə "MTV"yə müsahibəsində danışıb. O, övladlarına dünyasını dəyişdikdən sonra ağlamaq əvəzinə onun üçün dua etmələrini və namaz qılmalarını vəsiyyət etdiyini bildirib.
Ağamirzənin sözlərinə görə, yas mərasimində uzun müddət oturulmasının və yemək verilməsinin də tərəfdarı deyil:
"Dünyamı dəyişəndə balalarıma demişəm ki, ağlayıb başınıza vurmayın. İki rükət namaz qılın, dua edin ki, atamızın günahlarını bağışlasınlar. İnsanlara da deyirəm, yasımda gəlib 3-4 saat oturmayın. 5-10 dəqiqə oturub gedin. Vəsiyyət etmişəm ki, yasımda yemək verilməsin. Bir stəkan çay için, "Allah rəhmət eləsin" deyib gedin. Oturub lətifə danışırlar, söhbət edirlər. Mənim vəsiyyətim budur".


