Şou-biznes

" Mənim qalmaqalım yoxdur, belə şeylərdən çox uzağam" - Ceyran Rəhimova

 Mənim qalmaqalım yoxdur, belə şeylərdən çox uzağam - Ceyran Rəhimova

"Aparıcı, müğənni, aktrisa – bunlar hamısı başqadır. Mən düşünürəm ki, aparıcı öz məişətini təqdim etməməlidir. Bişmiş qazanın içini tamamilə tamaşaçıya göstərmək lazım deyil".

Bu sözləri aparıcı Ceyran Rəhimova "Sevilən səhər" proqramında deyib. O, aparıcıların şəxsi həyatlarını tamaşaçı ilə bölüşməsinin tərəfdarı olmadığını bildirib:

Mən bu gün nə yedim, kimə yardım etdim, kimlə qalmaqal etdim. Bunlar tamaşaçının nəyinə lazımdır? Mənim qalmaqalım yoxdur, belə şeylərdən çox uzağam. Sosial şəbəkənin də aktiv istifadəçisi deyiləm.

Aparıcılar öz məişətini qapalı saxlamırlar. Qapalı saxlasalar, daha maraqlı, baxımlı olarlar. Tamaşaçı maraqlanar ki, görəsən, bu gün haradaydı? Bu şeylər məndə bir az qapalıdır".

Qeyd edək ki, C.Rəhimova tezliklə Space TV-də "Sən bir nəğmə, mən bir nəğmə" verilişi ilə tamaşaçıların görüşünə gələcək. (axşam.az)

NE
Nihadə Eyyubova