Maraqlı

22 yaşlı modeli ildırım vurdu, öldü — FOTO

22 yaşlı modeli ildırım vurdu, öldü — FOTO

Braziliyada bədbəxt hadisə baş verib. Tokantins ştatının Almas şəhərində 22 yaşlı model Ana Beatris Araujo Ferreyra həyatını itirib.

Hadisə oktyabrın 3-də qadının evinin həyətində qeydə alınıb. Model bağçada bacısı qızının saçını darayarkən qəfil çaxan ildırım onu vurub. Qohumları qadını dərhal xəstəxanaya çatdırsalar da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Hadisə anında yanında olan balaca qız isə xəsarət almayıb.

Ferreyra doğma şəhərində tanınmış model idi. İyun ayında keçirilən 27-ci ExpoAlmas yarmarkasında "Rodeo kraliçası" tituluna layiq görülmüşdü. Bu ad şəhərin mədəniyyətini və yerli ənənələrini təcəssüm etdirən iştirakçıya verilir.

Qadının həyat yoldaşı və beşyaşlı oğlu yadigar qalıb. Şəhər meriyası və çoxsaylı pərəstişkarları modelin ailəsinə başsağlığı veriblər.

22 yaşlı modeli ildırım vurdu, öldü — FOTO

R
Redaktor