Maraqlı

Duş kabinəsindəki ərpi ovuşdurmadan təmizləyən ucuz üsul açıqlandı

Duş kabinəsindəki ərpi ovuşdurmadan təmizləyən ucuz üsul açıqlandı

Duş kabinəsinin şüşəsində yaranan əhəng ərpi və su ləkələri təmizlənməsi çətin olan çirklərdən biridir. Lakin bunun üçün bahalı kimyəvi vasitələr almağa ehtiyac yoxdur.

Demokrat.az xəbər verir ki, sadə ev üsulu ilə duş kabinəsinin şüşəsini qısa müddətdə təmizləmək mümkündür. Bunun üçün mətbəxdə demək olar ki, hər evdə olan adi süfrə sirkəsindən istifadə edilir.

Əhəng ərpi əsasən cod suda olan kalsium və maqnezium minerallarının səthdə toplanması nəticəsində yaranır. Su damcıları quruduqca bu minerallar şüşənin üzərində ağ təbəqə əmələ gətirir. Bundan əlavə, şampun və digər yuyucu vasitələrin qalıqları, eləcə də kif də kabinənin divarlarında toplana bilər.

Sirkənin tərkibindəki sirkə turşusu mineral çöküntülərlə reaksiyaya girərək ərpin parçalanmasına kömək edir. Bu səbəbdən vasitə şüşədəki ağ ləkələrin aradan qaldırılmasında effektiv ola bilər.

Qarışıq necə hazırlanır?

Duş kabinəsinin şüşəsini təmizləmək üçün:

* 500 ml ilıq su;

* 3 xörək qaşığı sirkə;

* 2 xörək qaşığı qab yuyan maye qarışdırılır.

Hazırlanan məhlulu sprey qabına töküb duş kabinəsinin şüşəsinə püskürtmək lazımdır. Qarışıq təxminən 20 dəqiqə səthdə saxlanılır. Daha sonra şüşə yumşaq süngərlə silinir.

Sonda səthi quru salfetlə təmizləmək və hamamın qapısını açıq saxlamaq tövsiyə olunur ki, otaq havalansın.

Bu üsulun təxminən ayda bir dəfə tətbiq edilməsi şüşədə əhəng ərpinin həddindən artıq yığılmasının qarşısını almağa kömək edə bilər. Beləliklə, duş kabinəsini uzun müddət və güclü şəkildə ovuşdurmağa ehtiyac qalmır.

Jalə