ABŞ Prezidenti Donald Tramp Tehranla danışıqlarda razılıq əldə edilməyəcəyi təqdirdə, Yeni ildən sonra İrana qarşı hərbi əməliyyatların yenidən başlanmasını mümkün hesab edir.
Bu barədə "Fox News"un jurnalisti Trey Yinqst Amerika lideri ilə keçirdiyi müsahibənin təfərrüatlarını açıqlayarkən bildirib.
Jurnalistin sözlərinə görə, Tramp Vaşinqton və Tehran arasında razılaşma əldə olunmasa, İrana zərbələrin yenidən endirilməsinə meylli olduğunu ifadə edib.
ABŞ Prezidenti, eyni zamanda, iki ölkə arasında münaqişənin diplomatik yolla həlli üçün dolayı təmasların davam etdiyini təsdiqləyib.
Trey Yinqst bildirib ki, danışıqlar prosesində Qətər vasitəçi rolunu oynayır. Tərəflər arasında mesajların ötürülməsi vasitəsilə münaqişənin diplomatik yolla sona çatdırılması imkanları araşdırılır.



