Maraqlı

Mətbəxdəki bu vasitə tozsoranın gücünü tamamilə dəyişir

Mətbəxdəki bu vasitə tozsoranın gücünü tamamilə dəyişir

Evlərdə təmizlik zamanı tozsoranın çəkmə gücünün zəifləməsi tez-tez qarşılaşılan problemlər sırasındadır. Çoxları bunu cihazın köhnəlməsi və ya mühərrikin zəifləməsi ilə əlaqələndirir. Lakin mətbəxdə olan sadə vasitə problemi saniyələr içində həll edir.

Məlumata görə, tozsoranın xortumuna çəkilən iri dənəli qaya duzu plastik hissələrdə havanın sürtünməsindən yaranan statik elektriki sıfırlayır. Statik yük aradan qalxdığı üçün toz və çirk hissəcikləri daxili divarlara yapışmır. Nəticədə hava axını maneəsiz hərəkət edir və cihazın çəkmə gücü bərpa olunur.

Qaya duzu həmçinin toz torbası və ya xəznədəki nəmi udur. Bu proses bakteriyaların çoxalmasının qarşısını alır və təmizlik zamanı otağa xoşagəlməz qoxunun yayılmasını əngəlləyir.

Üsulu tətbiq etmək üçün hamar səthə səpilmiş iri dənəli qaya duzunu tozsoranla içəri çəkmək kifayətdir. Duz xəznə təmizlənənə qədər daxildə qalaraq statik elektrik yaranmasının qarşısını almağa davam edir.

Yəni qaya duzu tozsorandakı statik elektriki və nəmi aradan qaldıraraq cihazın performansını yüksəldir.

R
Redaktor