Özəl

Elektrikli avtomobil sahiblərinin çoxu bu səhvi edir — Özəl

Elektrikli avtomobil sahiblərinin çoxu bu səhvi edir — Özəl

Son dövrlər Azərbaycanda hibrid və elektrikli avtomobillərin istifadəsi olduqca artıb. Paytaxt ərazisində elektrik məntəqələrinin mövcud olmasına baxmayaraq, bəzi vətəndaşlar avtomobillərini enerji ilə təmin etmək üçün şəxsi evlərindəki enerjidən istifadə edirlər.

Bəs elektrikli avtomobilləri elektrik məntəqələrində yoxsa evdə enerjiyə qoşulması daha sərfəli və faydalıdır? Bunun avtomobil üçün hansısa fərqi varmı?

Nəqliyyat eksperti Raqif Raufoğlu Demokrat.az-a açıqlamasında söyləyib ki, bəzi avtomobillər yalnız AC, bəziləri isə yalnız DC şarjı dəstəkləyir.

Elektrikli avtomobil sahiblərinin çoxu bu səhvi edir — Özəl

Onun sözlərinə görə, hər iki şarj növünü dəstəkləyən avtomobillərdə isə adətən daha aşağı sürətlə, yəni ev şəraitində doldurulmanın batareyanın ömrü baxımından daha faydalı olduğu qeyd olunur:

"Bu halda batareyanın daha uzunömürlü olması mümkündür. Lakin vaxtı məhdud olan sürücülər avtomobillərini daha qısa müddətdə doldurmaq üçün sürətli şarj məntəqələrindən istifadə edirlər. Azərbaycanda isə əsasən plug-in hibrid avtomobillər daha çoxdur. Bu avtomobillərdə həm elektrik, həm də daxili yanma mühərriki olduğu üçün sürücü həm elektrik enerjisindən, həm də benzindən istifadə edə bilir. Bu da sürücülər üçün müəyyən rahatlıq yaradır və onların şarj məntəqələrində vaxt itirməsinin qarşısını alır. Amma hətta bu halda belə, ən azı ayda bir dəfə batareyanın elektrik şarj avadanlığına qoşularaq tam doldurulması tövsiyə olunur.

Ümumiyyətlə, batareyanın enerji səviyyəsinin 20-80 faiz aralığında saxlanılması məsləhətdir. Yəni batareyanın 20 faizdən aşağı düşməsinə imkan verməmək, gündəlik istifadədə isə 80 faizdən yuxarı doldurmamaq daha faydalı hesab olunur. Lakin bu göstəricilər avtomobilin modelindən və batareyanın növündən asılı olaraq dəyişə bilər. Litium-fosfat və litium-ion batareyaların xüsusiyyətləri fərqlidir. Əgər sürücü uzun yola çıxırsa, batareyanı 100 faizə qədər doldurmaq mümkündür. Çünki bu halda doldurulan enerjidən qısa müddət ərzində istifadə ediləcək. Normal gündəlik istifadədə isə batareyanı 20-80 faiz aralığında saxlamaq daha məqsədəuyğundur".