Şou-biznes

Nuri Alço yenidən xəstəxanaya yerləşdirildi - FOTO

Nuri Alço yenidən xəstəxanaya yerləşdirildi - FOTO

Yeşilçamın unudulmaz aktyorlarından olan Nuri Alço yenidən xəstəxanaya yerləşdirilib.

Denokrat.az xəbər verir ki, 75 yaşlı türk aktyorun müalicəsi davam edir. Həyat yoldaşı Burcu Alço bu müddətdə onu tək qoymayıb. Aktyorun ümumi səhhətinin yaxşı olduğu bildirilir.

Nuri Alço xüsusilə 1980-ci illərdə canlandırdığı mənfi obrazlarla türk kinosunun yadda qalan simalarından birinə çevrilib. O, "İtkin qızlar", "Tele qızlar" və "Qatillər də ağlayır" kimi filmlərdəki rolları ilə geniş tamaşaçı auditoriyasına tanış olub.

Aktyor son illərdə bir sıra ciddi səhhət problemləri ilə üzləşib. 2024-cü ilin aprelində doğulduğu Əskişəhərdə səhhəti pisləşən Alço xəstəxanaya yerləşdirilmişdi. Həmin vaxt ona ürək çatışmazlığı, ağciyər ödemi və beyin damarlarında tıxanıqlıq diaqnozu qoyulduğu açıqlanmışdı.

Müalicədən sonra xəstəxanadan evə buraxılan aktyora ürək stimulyatoru da taxılmışdı. Həmin ilin oktyabrında isə bağırsaq tıxanıqlığı səbəbilə əməliyyat olunmuşdu. Burcu Alço aktyorun ağır əməliyyatdan sonra reanimasiyada olduğunu, daha sonra vəziyyətinin yaxşılaşdığını bildirmişdi.

Nuri Alçonun bu dəfə xəstəxanaya yerləşdirilməsinin dəqiq səbəbi açıqlanmayıb. Bəzi məlumatlarda soyuqdəymə və bronxlarla bağlı narahatlıqdan bəhs edilsə də, bununla bağlı rəsmi açıqlama yoxdur.

Hazırda aktyorun müalicəsi davam edir.

Nuri Alço yenidən xəstəxanaya yerləşdirildi - FOTO

Jalə