Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısesin səhhəti ilə bağlı yeni açıqlama verilib.
Demokrat.az xəbər verir ki, sənətçinin keçmiş həyat yoldaşı Ayşegül Yıldız Tatlısesin hazırda fizioterapiya müalicəsi aldığını bildirib. Onun sözlərinə görə, sənətçinin səhhətində hər hansı mənfi dəyişiklik yoxdur və müalicə prosesi davam edir.
Ayşegül Yıldız İbrahim Tatlısesin olduqca əzmkar və mübariz insan olduğunu vurğulayıb.
"İbrahim bəyin fizioterapiyası davam edir. O, həyatımda gördüyüm və tanıdığım ən əzmkar, ən mübariz insanlardan biridir. Həqiqətən çox güclü xarakterə sahibdir. Fizioterapiyasını çox böyük əzmlə davam etdirir", – deyə Yıldız bildirib.
Tatlısesin hazırkı səhhəti barədə danışan Yıldız vəziyyətin dəyişmədiyini qeyd edib.
"Səhhəti eynidir. Çox şükür, inşallah, daha da yaxşı olacaq", – deyə o əlavə edib.
Qeyd edək ki, İbrahim Tatlısesin son günlər yayılan görüntüləri pərəstişkarları arasında narahatlıq yaradıb. Yeni açıqlamaya əsasən, sənətçinin müalicəsi davam edir və səhhətində pisləşmə müşahidə olunmur




