Hadisə

İstanbulda məktəbdə bıçaqlı hücum: 4 qız yaralandı

İstanbulda məktəbdə bıçaqlı hücum: 4 qız yaralandı

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən Şeyx Şamil İmam Hatip Orta Məktəbində bıçaqlı hücum baş verib.

Demokrat.az xəbər verir ki, hadisə Kayaşehir bölgəsindəki məktəbdə qeydə alınıb.

Məlumata görə, məktəbin daxilində baş verən hadisə nəticəsində 4 qız şagird yaralanıb. Hücumun qız şagirdlərin olduğu sinifdə, şagirdlər arasında baş verdiyi bildirilir.

Hadisədən sonra məktəb rəhbərliyi valideynlərə mesaj göndərərək hücum barədə məlumat verib və şagirdlərin məktəbdən aparıla biləcəyini bildirib.

Məktəb rəhbərliyinin mesajında 4 şagirdin yaralandığı, hadisənin qızların oxuduğu sinifdə baş verdiyi qeyd olunub.

Yaralıların səhhəti ilə bağlı hələlik ətraflı məlumat verilməyib. Hadisə ilə bağlı araşdırma başladılıb.

Jalə