Gündəm

Sevinc Osmanqızının mənəvi faciəsi...

Sevinc Osmanqızının mənəvi faciəsi...

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı təkcə yerli yox, dünya mediasının da əsas gündəm mövzularındandır. Həm region, həm də regiondan kənar ölkələrin mediasında Azərbaycan liderinin verdiyi mesajların təhlil edilməsi təsadüfi deyil. Çünki Azərbaycan regionda və qlobal siyasətdə hadisələrin inkişafına yön verəcək qədər qüdrətli dövlətə çevrilib. Bu baxımdan qlobal siyasi cameədə Prezident İlham Əliyevin çıxışları diqqətlə izlənilir.

Prezident Azərbaycana qarşı çıxan qüvvələrin milli maraqlarımızın əleyhinə olan müdaxilə cəhdləri ilə bağlı konkret mesajlar verdi. Xüsusilə, son dövrlər Türkiyədə Azərbaycana qarşı kampaniya aparan bəzi qruplar, eləcə də ölkəmizə müdaxilə cəhdləri edən region və regiondan kənar qüvvələr belə demək mümkünsə, "yaylım atəşi" ilə susduruldu. Dövlət başçısının mesajlarında bu qüvvələrin hər birinin öz payı var.

Sevinc Osmanqızının mənəvi faciəsi...

Burada özünə pay götürməyə çalışan bir qrup isə xüsusi diqqət çəkir. Söhbət xarici ölkələrin oyunlarında iştirak edən, Azərbaycana qarşı xarici ağalarına trolluq edənlərdən gedir. Xaricdə mənzillənmiş Vətən xainləri artıq neçə gündür özlərinə "təzə mövzu" tapıblar, xüsusilə Sevinc Osmanqızı yaman canfəşanlıq edir.

Sevinc Osmanqızının xisləti hamıya yaxşı bəllidir: hansı qüvvə Azərbaycan maraqlarına qarşı çıxırsa, dərhal onların cəbhəsinə keçir. Onun üçün bu qüvvənin kimliyi, yaxud hansı ölkə olmasının fərqi yoxdur. Əsas odur ki, Azərbaycan əleyhinə danışmağa mövzu olsun və xarici qüvvələrə öz xidmətini təklif edə bilsin. Hətta, onun Azərbaycana qarşı Ermənistan maraqlarını necə müdafiə etdiyini də görmüşük. İndi də Sevinc Osmanıqızı Türkiyədə Azərbaycana qarşı kampaniya aparanları dəstəkləyir, ölkəmizə qarşı müdaxilə cəhdlərini böyük sevinclə qarşılayır. O, baş verənlərin Azərbaycan və Türkiyənin münasibətlərini korlayacağı, yaxud bölgədə Azərbaycana qarşı yeni cəbhə qurulacağı ilə bağlı xülyalalar qurur.

Əsl xırda fürsətcildir və onun belə olması o qədər də təəccüblü deyil. Axı Sevinc Osmanqızı Azərbaycanda olduğu vaxtlar da yalnız özünün cılız ambisiyaları naminə yaşayıb. Daha sonra ölkəni tərk edib, xarici qüvvələrin xidmətinə keçəndə də məqsədi varlanmaq, lüks həyata sahib olmaq idi. Xidmətləri qarşılığında buna az da olsa nail ola bilib. İndi bu xırda fürsətcilin baş verənlərin mahiyyətini anlamaması normaldır.

Axı bölgədə nə baş verdiyini, güclü Azərbaycanın regional siyasəti dizayn etdiyini və qlobal siyasətdə aktiv rolunu özünün cılız ambisiyaları ilə baxdığı pəncərəsindən necə görə bilər?!

Bu gün Azərbaycanın qüdrəti fonunda xarici qüvvələrə trolluq edən Sevinc Osmanqızı kimilər o qədər cılız görünürlər ki!

Sevinc Osmanqızının mənəvi faciəsi...

Sevinc Osmanqızı üçün həyatının bir prinsipi var: Azərbaycana qarşı olanlara xidmət etmək, Azərbaycanın düşmənlərini dəstəkləmək. O, bütün bunları öz fəaliyyətində daim açıq şəkildə nümayiş etdirib. İndi də Azərbaycana qarşı aparılan kampaniyaları xarici qüvvələrə xidmət etmək və yeni ağalar tapmaq üçün fürsət olaraq görür. Sevinc Osmanqızı üçün bundan acınacaqlı vəziyyət ola bilməz!

Bir insan üçün ən acınacaqlı vəziyyət Vətənə xəyanətdir. Çünki belə insanların nə keçmişi, nə gələcəyi olur, onlar yalnız hansısa qüvvələrin əlində oyuncaqdan başqa bir şey olmurlar. Atalarımızın çox gözəl misalında deyildiyi kimi, belələrini torpaq da götürmür. Adətən, bu cür insanlarda ciddi mənəviyyat aşınması baş verir. Sevinc Osmanqızı bunun ən bariz nümunələrindəndir. Onun üçün qohumluq bağlarının da önəmi qalmayıb. Axı Sevinc Osmanqızının xəyanət etdiyi Azərbaycan onun doğmalarının, qohumlarının yaşadığı, hətta, yüksək vəzifələrdə çalışdığı ölkədir. Onun mənəvi dəyərləri az da olsa qalsaydı, ən azından qan bağı olan insanlara hörmət edərdi.

Sevinc Osmanqızı üçün nə Vətənin, nə qan bağlarının dəyəri yoxdur, çünki o, bir insanın mənəvi faciəsinin zirvəsini yaşayır. Həqiqətən də Sevinc Osmanqızının halına acımamaq mümkün deyil!

Vaqif Hüseynli

R
Redaktor