Şou-biznes

18 illik evlilik bitdi, qalmaqal davam edir - Keçmiş ərinə ağır ittihamlar

18 illik evlilik bitdi, qalmaqal davam edir - Keçmiş ərinə ağır ittihamlar

Keçmiş model Güzide Duran ilə iş adamı Adnan Aksoyun 18 illik evliliyi mart ayında başa çatıb. Qalmaqallı boşanma prosesindən sonra məhkəmə qərarı açıqlansa da, keçmiş cütlük arasındakı gərginlik davam edir.

Demokrat.az xəbər verir ki, məhkəmə Güzide Duranın aylıq 50 min lirə aliment almasına qərar verib. Cütlüyün iki övladının qəyyumluğu isə ataya verilib.

Boşanmadan sonra sosial media hesabında paylaşım edən Duran keçmiş həyat yoldaşına və uşaqları ilə bağlı yaşadığı prosesə dair sərt fikirlər səsləndirib.

"Bir ananı övladlarından ayırıb, uşaqlarının zehnində analarını pisləyib, sonra "xoşbəxt ata" görüntüsü yaratmaq... Bunun adını mən qoymayacağam. Vicdanı olan onsuz da qoyar", deyə o yazıb.

Duran iki ildir qızından, bir ildir isə oğlundan ayrı qaldığını bildirib. O, övladlarından uzaq keçirdiyi günlərin və yaşadığı ağrıların hesabını Allaha həvalə etdiyini vurğulayıb.

Keçmiş model paylaşımının sonunda "Uşaqlar böyüyür, həqiqətlər ortaya çıxır. İnsan unuda bilər... Amma Allah unutmaz!" ifadələrini işlədib.

Duran daha əvvəl boşanma prosesinin uzun və yorucu olduğunu qeyd edərək, övladlarının xaricdə təhsil alması səbəbindən onların həyat düzəninin pozulmaması üçün qəyyumluğun ataya verildiyini açıqlamışdı. O, əsas narahatlığının heç vaxt pul olmadığını, uşaqlarına olan sevgisinin və həsrətinin isə sözlə ifadə edilə bilməyəcəyini bildirmişdi.

Jalə