Özəl

Sosial şəbəkələr və süni intellekt medianı dəyişir — Açıqlama

Sosial şəbəkələr və süni intellekt medianı dəyişir — Açıqlama

İnsanların informasiya əldə etmək vərdişləri son illərdə ciddi şəkildə dəyişib. Sosial şəbəkələr və süni intellekt alətlərinin gündəlik informasiya mənbəyinə çevrilməsi ənənəvi medianın auditoriya ilə münasibətlərinə də təsir göstərir.

Bəs insanların informasiya əldə etmək vərdişlərinin dəyişməsi media sektoruna necə təsir edir? Sosial şəbəkələr və süni intellekt dövründə ənənəvi medianın auditoriyanı qoruması və etibarlı informasiya mənbəyi olaraq qalması üçün nələr etməsi vacibdir?

BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, filologiya elmlər doktoru, professor Qulu Məhərrəmli Demokrat.az-a açıqlamasında bildirib ki, dövr, zaman, informasiya çatdırma alətləri, mexanizmləri, üsulları dəyişirsə, media da buna uyğunlaşmalıdır.

Sosial şəbəkələr və süni intellekt medianı dəyişir — Açıqlama

Onun sözlərinə görə, yəni indi sosial şəbəkələrlə peşəkar media arasında gedən rəqabətin əsas amili budur ki, kim daha effektiv, kim daha tez, kim daha keyfiyyətli informasiya çatdırır:

"Ona görə də media auditoriyanı saxlamaq, öz nüfuzunu qorumaq, onun etibarını qazanıb möhkəmləndirmək üçün informasiyanı çatdırmaq metodlarını dəyişməlidir. Yəni bu metodların nəhayəti, təbii ki, jurnalistikanın alətləri dəyişsə də, prinsip, mahiyyət dəyişmir. Yəni yenə dürüst, dəqiq məlumat, yenə auditoriya üçün gərəkli olan, ictimai əhəmiyyətli, oxucunu, tamaşaçını, auditoriyanı maraqlandıran, düşündürən, onun içərisindəki suallara cavab verən məlumatlar bunlar olmalıdır.

Təbii ki, informasiyanın ölçüləri, onun parametrləri, ona xas olan keyfiyyətlər qorunmalıdır. Yəni nə gəldi, necə gəldi, onlayn tərzə uyğun olan çox ötəri, bayağı məlumatların verilməsi, təbii ki, həmin media qurumunun nüfuzunu zədələyir və azaldır.

O baxımdan, keyfiyyətli informasiya məsələsi həmişə öndədir. Bir müddət bundan öncə Bakıda Medianın himayəsi ilə keçirilən media tədbirinin də əsas məsələsi və şüarı etibarlı, mötəbər məlumatların çatdırılması və tamaşaçıların mediaya olan inamının qorunması olub.