Maraqlı

Oktyabrın ən şanslıları onlar olacaq

Oktyabrın ən şanslıları onlar olacaq

Oktyabr ayının gəlişi ilə bəzi bürclər üçün sevgi, karyera və maliyyə sahəsində mühüm dəyişikliklər yaşayacaq. Bu ayda xüsusilə dörd bürcün həyatında yeni mərhələ başlaya bilər.

Tərəzi – münasibətlərdə dönüş

Tərəzilər üçün oktyabrın əsas mövzusunun sevgi və münasibətlər olacağı qeyd edilir. Keçmişdə həyatlarında olmuş bir insan yenidən qarşılarına çıxa bilər.

Münasibəti olan Tərəzilər üçün isə uzun müddətdir müzakirə olunmayan məsələlərin gündəmə gəlməsi mümkündür. Astroloji proqnoza görə, bu dövrdə münasibətin gələcəyi ilə bağlı mühüm qərarlar verilə bilər.

Oğlaq – karyerada yeni imkanlar

Oğlaqlar üçün ayın əsas gündəminin karyera olacağı bildirilir. İşdə üzərlərinə düşən məsuliyyətlər və rəhbərliklə münasibətlər ön plana çıxa bilər.

Məqalədə uzun müddətdir gözlənilən vəzifə dəyişikliyi, yeni məsuliyyət və ya iş təklifinin gündəmə gələ biləcəyi vurğulanır. Keçmişdə yarımçıq qalmış bir iş əlaqəsinin də yenidən bərpa olunması ehtimalı qeyd edilir.

Buğa – maliyyə və münasibətlərdə yenilənmə

Buğalar üçün oktyabrın əsas mövzuları maliyyə və tərəfdaşlıqlar olacaq. Keçmiş borclar, xərclər və iş ortaqlıqları ilə bağlı məsələlərin yenidən nəzərdən keçirilməsi gündəmə gələ bilər.

Ayın ikinci yarısında isə münasibətlər daha çox diqqət mərkəzinə keçə bilər. Partnyorla uzun müddətdir danışılmayan məsələlərin müzakirəsi münasibətlərdə yeni mərhələnin başlanmasına səbəb ola bilər.

Əqrəb – keçmişdən gələn sevgi

Əqrəblər üçün oktyabrın sonlarına doğru emosional həyatın daha da canlanacağı iddia edilir. Keçmişdə yarımçıq qalmış münasibət yenidən gündəmə gələ bilər.

Bu dövrdə Əqrəblərin keçmiş münasibətlərə fərqli gözlə baxacağı və həyatlarında kimin qalmasını istədikləri barədə daha aydın qərar verəcəkləri bildirilir.

Məqalədə ayın sonlarına doğru Əqrəblərin romantik münasibətlərə daha çox diqqət ayıracağı və yeni emosional başlanğıclar üçün imkanların yarana biləcəyi vurğulanır.

NE
Nihadə Eyyubova