Özəl

Azərbaycanda qadın otbiçənlə döyüldü

Azərbaycanda qadın otbiçənlə döyüldü

Lənkəranda ər-arvadın mübahisəsi cinayətlə nəticələnib

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Lənkəran rayonunun kəndlərindən birində baş verib.

Lerik rayon sakini, 1984-cü il təvəllüdlü Təhməz kənddə yerləşən fərdi yaşayış evində arvadı Banu (adlar şərtidir – red.) ilə ailə-məişət münasibətləri zəminində mübahisə edib.

İstintaq sənədlərinə görə, Təhməz həyətdə otbiçənlə işləyərkən Banu həmin yerdə paltar sərməsi səbəbilə aralarında baş verən mübahisə zamanı onun sağ baldır nahiyəsinə otbiçənlə zərbə vurub, ona xəsarət yetirib.

Təhməzin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Təhməz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissləri keçirib, arvadı ilə barışıb və ona vurulmuş ziyanı tamamilə ödəyib. Təqsirli bilinən şəxs deyib ki, arvadı onu bağışlayıb.

İş üzrə zərərçəkmiş Banunun sözlərinə görə, Təhməz ilə birgə nikahından onların altı uşağı var, hazırda əri ilə barışıb, ondan heç bir şikayət və tələbi yoxdur.

Lənkəran Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

R
Redaktor