Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq.
Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
"Bir çox müntəzəm marşrutların iş saatları sərnişin tələbatına uyğun olaraq dəyişidirilərək saat 00:00-dək uzadılması nəzərdə tutulub. Hazırda bununla bağlı müvafiq işlər aparılır".
Açıqlamada qeyd edilib ki, paytaxtın müntəzəm marşrutları mərhələli qaydada "brutto müqavilə" sisteminə keçirilir. Bu sistemə keçən avtobuslar artıq gecə 00:00-dək xidmət göstərir. (bizim.media)

