Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondu (TTKF) Global Banking & Finance Awards 2026 proqramı çərçivəsində "Best Social Impact Fund Azerbaijan 2026" ("Azərbaycanın ən yaxşı sosial təsir fondu 2026") mükafatına layiq görülüb. Fondun adı proqramın rəsmi qaliblər siyahısında yer alıb.
Demokrat.az xəbər verir ki, bu mükafat Fondun tələbələrin təhsil imkanlarının genişləndirilməsi, təhsilə əlçatanlığın artırılması və təhsildə bərabər imkanların yaradılması istiqamətində fəaliyyətinin beynəlxalq səviyyədə tanınması baxımından xüsusi əhəmiyyət daşıyır. Təhsil Tələbə Krediti Fondu fəaliyyətində sosial və standart təhsil tələbə kreditləri vasitəsilə gənclərin təhsil haqqı xərclərinin maliyyələşdirilməsinə dəstək göstərir.
TTKF-nin 2026-cı ildə layiq görüldüyü üçüncü beynəlxalq mükafatdır.

