Maraqlı

Oktyabrın ay təqvimi: Bu tarixlərdə daha diqqətli olmaq tövsiyə edilir

Oktyabrın ay təqvimi: Bu tarixlərdə daha diqqətli olmaq tövsiyə edilir

2026-cı ilin oktyabr ayında Ayın fazaları ilə yanaşı, astrologiyada mühüm hesab edilən bir sıra hadisələr baş verəcək. Ay təqviminə əsasən, ay ərzində bəzi tarixlər əlverişli, bəzi günlər isə daha ehtiyatlı davranılmalı dövr kimi göstərilir.

Demokrat.az "Unian"a istinadən xəbər verir ki, oktyabrın 1-9-da Ay kiçiləcək, 3 oktyabrda üçüncü rüb, 10 oktyabrda yeni Ay, 11-25 oktyabrda isə böyüyən Ay müşahidə olunacaq. 18 oktyabrda birinci rüb, 26 oktyabrda isə tam Ay olacaq. Bundan sonra, 27-31 oktyabr tarixlərində Ay yenidən kiçiləcək.

Astroloji təqvimə görə, 3 oktyabrda Venera retrograd hərəkətə keçəcək. Bu dövr münasibətlərdə əvvəllər həll olunmamış məsələlərin yenidən gündəmə gəlməsi ilə əlaqələndirilir. Mütəxəssislər bu mərhələdə şəxsi münasibətlər və maliyyə ilə bağlı tələsik qərarlardan çəkinməyi tövsiyə edirlər.

10 oktyabrda Tərəzi bürcündə yeni Ay baş verəcək. Astroloji şərhlərə əsasən, bu tarix yeni mərhələnin başlanğıcı ilə əlaqələndirilsə də, mühüm qərarların qəbulunda tələsməmək məsləhət görülür.

15 oktyabrda Pluton düz hərəkətə keçəcək. Astrologiyada bu mərhələ uzun müddət üzərində düşünülən məsələlərin praktiki şəkildə həyata keçirilməsinə keçid dövrü kimi şərh olunur.

23 oktyabrda Günəş Əqrəb bürcünə daxil olacaq. Ardınca gələn dövrdə mürəkkəb məsələlərin daha dərindən araşdırılmasının və detallara diqqətin ön plana çıxacağı bildirilir.

Ayın diqqətçəkən tarixlərindən biri də 24 oktyabrdır. Bu gündə Merkuri retrograd hərəkətə başlayacaq və onun retrogradlığı 13 noyabra qədər davam edəcək. Astroloji təqvimlərdə bu dövr səyahətlərdə gecikmələr, sənədlərdə səhvlər və ünsiyyətdə anlaşılmazlıqlarla əlaqələndirilir.

25 oktyabrda retrograd Venera yenidən Tərəzi bürcünə qayıdacaq. Münasibətlər və əvvəllər bağlanmamış razılaşmalar yenidən gündəmə gələ bilər.

26 oktyabrda Buğa bürcündə tam Ay baş verəcək. Bu tarix astrologiyada proseslərin yekunlaşması və nəticələrin qiymətləndirilməsi ilə əlaqələndirilir. Maliyyə məsələlərinə yenidən baxmaq, gəlir və xərcləri təhlil etmək üçün uyğun dövr kimi təqdim olunur. Bununla belə, böyük alış-veriş və emosional qərarlarda tələsməmək tövsiyə edilir.

Oktyabrın əlverişli və ehtiyatlı tarixləri

Astroloji təqvimə əsasən, ayın 1, 2, 8, 13, 14, 16, 20, 21 və 27-si daha əlverişli günlər hesab olunur.

10, 24, 25 və 26 oktyabr isə daha diqqətli olmaq tövsiyə edilən tarixlərdir. Xüsusilə 24-26 oktyabr aralığı astrologiyada gərgin dövr kimi qiymətləndirilir.

Müxtəlif sahələr üçün göstərilən tarixlər də fərqlənir. Yeni işlərə başlamaq üçün əsasən 11-20 oktyabr, maliyyə məsələləri üçün 11, 14-19, 27-28 oktyabr, işlə bağlı məsələlər üçün 11-19, 24-25 oktyabr tarixləri qeyd olunur. Səyahət üçün isə 1, 2, 11, 14-16, 21-25 və 28-30 oktyabr tarixləri əlverişli göstərilir.

Qeyd edək ki, astrologiya elmi metod kimi qəbul edilmir və bu cür təqvimlər elmi sübutlara deyil, astroloji inanclara əsaslanır. Onları mühüm şəxsi, maliyyə və sağlamlıq qərarları üçün etibarlı əsas kimi qiymətləndirmək olmaz.

Jalə