Dünya

Kiyevdə dron hücumu zamanı azərbaycanlı öldü - FOTO

Kiyevdə dron hücumu zamanı azərbaycanlı öldü - FOTO

Ukraynanın paytaxtı Kiyev yaxınlığında yerləşən "Stolıçnı" kənd təsərrüfatı bazarı Rusiya ordusunun dron hücumuna məruz qalıb.

Hücum nəticəsində Azərbaycan vətəndaşı, Kürdəmir rayon sakini, 1978-ci il təvəllüdlü Abbas Abbasov həyatını itirib.

Məlumata görə, Abbas Abbasov bazarda ticarətlə məşğul olub.

Hücum zamanı bir neçə digər Azərbaycan vətəndaşının da yaralandığı bildirilir. Yaralanan şəxslərin kimliyi hazırda dəqiqləşdirilir. (milli.az)

Kiyevdə dron hücumu zamanı azərbaycanlı öldü - FOTO