Ukraynanın paytaxtı Kiyev yaxınlığında yerləşən "Stolıçnı" kənd təsərrüfatı bazarı Rusiya ordusunun dron hücumuna məruz qalıb.
Demokrat.az xəbər verir ki, hücum nəticəsində Azərbaycan vətəndaşı, Kürdəmir rayon sakini, 1978-ci il təvəllüdlü Abbas Abbasov həlak olub.
O, bazarda ticarətlə məşğul olub.
Hücum zamanı daha bir neçə Azərbaycan vətəndaşı yaralanıb. Onların kimliyi müəyyənləşdirilir. (Report.az)


