Hadisə

Xaçmazda ağır qəza nəticəsində 9 nəfər xəsarət alıb

Xaçmazda ağır qəza nəticəsində 9 nəfər xəsarət alıb

Xaçmaz rayonunda 9 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Gəndob-Yalama avtomobil yolunun rayonun Çarxı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, əks istiqamətlərdə hərəkətdə olan "VAZ-2107" və "VAZ-2106" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində 9 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır. (APA)

NE
Nihadə Eyyubova