Hadisə

Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var

Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var

Salyanda minik avtomobili aşıb, xəsarət alanlar var.

Hadisə yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Məmmədova Şəlalə Habil qızının idarə etdiyi minik avtomobili anidən idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza zamanı avtomobilin sürücüsü və sərnişinlər Bakı şəhər sakinləri, 1977-ci il təvəllüdlü Məmmədova Könül Əli qızı, 2022-ci il təvəllüdlü M.T müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır. (Report)

NE
Nihadə Eyyubova