"Möhtəşəm Yüzil" serialında Hürrem Sultan obrazı ilə məşhurlaşan türkiyəli aktrisa Meryem Üzerli maraqlı hadisə ilə gündəmə gəlib.
Demokrat.az xəbər verir ki, aktrisa qaldığı oteldə qonşu otaqdan "Möhtəşəm Yüzil" serialının səsini eşidib. Serialın səslərini eşidən Üzerli bu anları telefonunun kamerası ilə lentə alıb.
Daha sonra aktrisa seriala baxan şəxsin qapısını döyərək ona sürpriz edib. Qapını açan qadın qarşısında Hürrem Sultan obrazının ifaçısı Meryem Üzerlini gördükdə böyük təəccüb yaşayıb.
Üzerlinin bu jesti sosial mediada da maraqla qarşılanıb.

